Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun gənc alimi Fuad Əliyev Şotlandiyanın Midland Valley Şirkətinin "MOVE" rəqəmsal proqram təminatının mənimsənilməsi üzrə təlim kursu keçib. Niderlandın Delft Universitetində təşkil olunmuş kurs iyulun 8-də başlamış və 16-da bitib. Dərslər Haaqada yerləşən "4D GEO" Struktur Geologiya üzrə Məsləhət və Təlim Şirkətinin rəhbəri, fəlsəfə doktoru Armelle Klopenburq tərəfindən aparılıb.
Proqram vasitəsi ilə yerin dərinlikləri, o cümlədən zəlzələ ocağı zonalarını 3D formatda modelləşdirmək, xəritələri və profil kəsilişlərini rəqəmsallaşdırmaq mümkündür.
Kurs institutun Geotektonika və regional geologiya şöbəsinin təşəbbüsü, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib. A.Klopenburq 2012-ci ilin dekabrında "MOVE" proqramı ilə bağlı dərsləri Geologiya İnstitutunda bir neçə gənc alimə keçib.
Kursun yekununda "Move" programı vasitəsi ilə Böyük Qafqazın Azərbaycan ərazisinin geoloji mühitinin 3D modelini qurmaq nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB