AMEA-nın prezidenti mətbuat konfransı keçirib

AMEA-nın prezidenti mətbuat konfransı keçirib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində qurumun prezidenti Akif Əlizadə mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən A.Əlizadə son 3 ayda AMEA-da aparılan struktur dəyişikliyi, informasiyalaşdırma, alimlərin sosial rifahının yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər planını açıqlayıb. Bununla yanaşı o, maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihələr, elmi nəşrlərin və veb resursların təkmilləşdirilməsi və digər məsələlər haqqında da geniş məlumat verib.

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə