Bu gün hava yağmursuz keçəcək, bəzi yelərdə 42 dərəcə isti olacaq

Bu gün hava yağmursuz keçəcək, bəzi yelərdə 42 dərəcə isti olacaq

Bu gün hava yağmursuz keçəcək. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 20-24°, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək isti olacaq.

Bakıda gecə 21-23°, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 28-29° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.

Temperaturun gecə 19-24°, gündüz 33-38°, bəzi yerlərdə 40-42° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.

Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperatur gecə 17-22°, gündüz 30-35° isti olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.

Temperatur gecə 19-24°, gündüz 33-38°, bəzi yerlərdə 40-42°-dək isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcək.

Temperaturun gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə