Zaqatalalılar Prezident İlham Əliyevə minnətdarlığını bildirib

Zaqatalalılar Prezident İlham Əliyevə minnətdarlığını bildirib

Keçən ilin mayında baş vermiş zəlzələ zamanı kəndimizdə bir çox evlər kimi, bizim də evimiz qəzalı vəziyyətə düşmüşdü. Fövqəladə Hallar Nazirliyinin komissiyasının rəyindən sonra evimiz təcili sökülmüş, yerində yeni dördotaqlı evin tikintisinə başlanıb. İyulun 17-də artıq təzə evimizə köçürük. İndi ailəmiz əvvəlkindən də gözəl, yaraşıqlı, ən başlıcası isə zəlzələyə davamlı evdə yaşayacaq. Müqəddəs Ramazan ayında ailələrə sevinc bəxş etdiyinə görə Prezidentimizə minnətdarlığımızı bildiririk.

Bu sözləri Zaqatala rayonunun Aşağı Tala kənd sakini İsa Bayramov deyib.

Bildirib ki, təkcə onun ailəsi deyil, zəlzələdən zərər çəkmiş bütün ailələr inanırdılar ki, dövlətimiz onları heç vaxt darda qoymayacaq.

İsa Bayramov deyib ki, dövlətimizin başçısı verdiyi sözə əməl etmiş, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında əhaliyə dayaq olub, bizim arxamızda dayanıb. Bu qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildirir, qarşıdan gələn seçkilərdə ona uğurlar arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə