Bu gün böyük Azərbaycan hökmdarı Şah İsmayıl Xətainin doğum günüdür. Bununla əlaqədar Ana Vətən Partiyasının (AVP) təşəbbüsü ilə "Şah İsmayıl Xətai və Azərbaycanda dövlətçilik ənənələri" mövzusunda dəyirmi masa keçirilib. Öncə tədbir iştirakçıları Şah İsmayıl Xətainin heykəli önünə gül dəstəsi qoyaraq onu yad ediblər. SİA-ya verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı Fəzail Ağamalı, görkəmli tarixçi alimlər, Ana Vətən Partiyasının fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fəzail Ağamalı Azərbaycan xalqının tarixində, Azərbaycan dövlətçilik tarixində böyük iz qoyan Şah İsmayıl Xətai və onun yaratmış olduğu dövlət haqqında ümumi məlumat verib.
Çıxış edən tarix elmləri doktoru, professor Şahin Fərzəliyev və tarix elmləri doktoru, professor Tofiq Mustafazadə Şah İsmayıl Xətainin həyatından, hakimiyyətə gəlişindən, sərkərdəliyindən, dövlətçilik uğrunda apardığı mübarizədən, yaratmış olduğu Səfəvi dövlətindən, həm də şairlik fəaliyyətindən geniş bəhs ediblər.
Daha sonra tarixçi alimlər AVP-nin gənc fəallarının suallarını ətraflı cavablandırıblar.
Qeyd edək ki, tədbirin sonunda ana vətənçilər adından partiyanın sədri F.Ağamalıya Şah İsmayıl Xətainin portreti hədiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB