“Böyük İpək Yolu” Avstraliyaya çatdı

“Böyük İpək Yolu” Avstraliyaya çatdı

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Avstraliyanın "Cultural İnfusion" ictimai təşkilatı ilə uzun müddətli əməkdaşlığı nəzərdə tutan Memorandum imzalayıb. Bu barədə SİA-ya təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Avstraliyanın "Cultural İnfusion" ictimai təşkilatı əsasən gənclər, təhsil, icmalarla iş və mədəniyyətin təbliği sahəsində fəaliyyət göstərir.

Bu əməkdaşlığın nəticəsi kimi "Böyük İpək Yolu" BGT-nin gələn ilin fevral ayında Avstraliyada hər il keçirilən beynəlxalq folklor festivalında iştirakı planlaşdırılır.

Qeyd edək ki, bununla da Azərbaycan ilk dəfə olaraq bu nüfuzlu festivalda iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə