Sabah Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Hüquq" işçi qrupunun Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman Aparatının) dəstəyi ilə Ümumilli lider Heydər Əliyevin 90 illiyinə həsr etdiyi "Tələbələrarası II Hüquq Olimpiadası"nın bağlanış mərasimi keçiriləcək.
Qeyd edək ki, olimpiada iki mərhələdən - yarımfinal və final mərhələlərindən ibarət idi. Yarımfinal mərhələsində iştirak üçün 1000-ə yaxın tələbə müraciət etmişdi. Yarımfinal mərhələsində iştirak etmiş tələbələrdən 147 nəfər final mərhələsində iştirak hüququ qazanıb. Olimpiadaya yalnız gənc hüquqşünaslar yox, həmçinin də digər ixtisaslarda təhsil alan tələbələr də iştirak ediblər.
Olimpiadanın əsas məqsədi tələbələrin hüquq sahəsinə maraqlarının artırılması, eyni zamanda, onları bu istiqamətdə stimullaşdıraraq, aktiv vətəndaş mövqeyinin gücləndirilməsindən ibarətdir.
Qeyd edək ki, bağlanış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev və Ombudsman Aparatının aparat rəhbəri Aydın Səfixanlı, ATGTİ-nin sədri Şahin İsmayılov və digər rəsmi şəxslər iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB