Səbail RİH jurnalistləri təbrik etdi

Səbail RİH jurnalistləri təbrik etdi

Kütləvi inflormasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Səbail rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının "Şəhidlər Xiyabanı"ndakı qərargah binasında Milli Mətbuat günü ilə əlaqədar Azərbaycan Mətbuat Şurası, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun və 50-dan çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ənənəvi tədbir-görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayıb və bildirib ki, bu il artıq 138 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.

A.Əsgərov vurğulayıb ki, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plyuralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıb. Ulu öndərin müvafiq Fərmanı ilə mətbuat üzərində senzura ləğv edilib, qəzetlərin "Azərbaycan" Nəşriyyatına olan borcları əvvəlcə dondurulub, sonradan isə birdəfəlik olaraq ləğv edilib.

Qeyd edilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.

Dövlət başçısının dərindən düşünülmüş, müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra başçısı ölkə başçısının sərəncamına əsasən tikintisi artıq başa çatmış və bir neçə gündən sonra istifadəyə veriləcək KİV nümayəndələri üçün yaşayış binasının məhz Səbail rayonunda yerləşməsini də əlamətdar hal kimi qeyd edib.

KİV-lərlə RİH hakimiyyəti arasında sıx əlaqələrdən danışan A.Əsgərov bildirib ki, keçən il KİVDF ilə birgə "Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı" mövzusunda tədbir və "Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi curnalist yazıları müsabiqəsi keçirilib, 33 curnalistin iştirak etdiyi müsabiqədə rayonla bağlı geniş və oxunaqlı materiallar çap olunub.

Həmçinin bir il ərzində RİH tərəfindən mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib, ölkə başçısının sərəncamına əsasən inşa olunmuş jurnalistlər üçün yaşayış binasının bir neçə gündən sonra istifadəyə veriləcəyi və sahiblrinə çatdırılacağını bildirib.

Tədbirdə çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov və başqaları Milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.

Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə 50-dan çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə