Bu gün bəzi yerlərdə 40 dərəcəyədək isti olacaq. Bu barədə SİA məlumat verib.
Xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək isti olacaq.
Bakıda gecə 23-25°, gündüz 37-39° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu, nisbi rütubət gecə 65-70 faiz, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 28-29° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.
Temperaturun gecə 20-25°, gündüz 33-38°, bəzi yerlərdə 40-42° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 13-18°, gündüz 25-30°, bəzi yerlərdə 32°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.
Temperaturun gecə 20-25°, gündüz 34-39° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 18-23°, gündüz 33-38° isti olacaq.
Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.
Temperatur gecə 20-25°, gündüz 35-38°, bəzi yerlərdə 40-42°-dək isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcək.
Temperaturun gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
QEYD: İyulun 19-dək Bakıda və Abşeron yarımadasında gözlənilən anomal isti hava şəraiti insanlar üçün əlverişsizdir. Gündüz saatlarında gün altında olmaq məsləhət deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB