Özbəkistan azərbaycanlıları prezident İlham Əliyevin namizədliyini müdafiə edir

Yeni Azərbaycan Partiyasının ünvanına Özbəkistanda yaşayan azərbaycanlılar adından məktub daxil olub
Özbəkistan azərbaycanlıları prezident İlham Əliyevin namizədliyini müdafiə edir

Yeni Azərbaycan Partiyasının ünvanına Özbəkistanda yaşayan azərbaycanlılar adından məktub daxil olmuşdur. Məktubda deyilir: "Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diasporası özündə 50 min nəfərdən çox Azərbaycanlını birləşdirir. Müxtəlif illərdə və müxtəlif səbəblərdən bu ölkəyə köçən azərbaycanlılar qardaş xalq tərəfindən çox səmimi qarşılanmış və ölkənin həyatına qaynayıb qarışmışlar. Azərbaycanlılar ölkənin ictimai – siyasi və mədəni-iqtiasdi həyatında aktiv iştirak edirlər. Özbəkistanda yaşayayan bizim həmyerlilərimiz arasında görkəmli alimlər, ictimai xadimlər, həkimlər, müəllimlər, mühəndislər, hüquqşünaslar, idmançılar və incəsənət ustaları da var. Bir sözlə, elə bir sahə yoxdur ki, azərbaycanlılar özlərini məsuliyyətli peşəkar mütəxəssiz və zəhmətkeş kimi göstərməsinlər.

Özbəkinstanda qeydiyyatdan keçmiş Azərbaycan Respublikası Mədəniyyət Mərkəzi və onun filialları ölkənin bir çox regionlarında aktiv fəaliyyət göstərir. Onların fəaliyyətlərinin əsas məqsədi milli mədəniyyətimizi, ədəbiyyatımızı və incəsənətimizi, xalqımızın adət-ənənələrini qorumaq, gənclərin beynəlmiləl və tolerant ruhda tərbiyyəsini təşkil etməkdir.

Bununla yanaşı, bizlərdən heç kim tarixi vətənimiz olan Azərbaycanı yaddan çıxarmır, onun maraqları və istəkləri ilə yaşayır, orada baş verən hadisələri çox böyük diqqətlə izləyir. Özbəkistanda daimi yaşayan azərbaycanlılar ulu öndərimiz Heydər Əliyevin xatirəsini uca tutur, şəhərin mərkəzində onun adını daşıyan küçədə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında Ulu öndərin abidəsi ucaldılmışdır.

İlham Əliyevin şəxsində biz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısını görürük. Keçən bu illər ərzində prezident İlham Əliyev çox böyük işlər görmüş o cümlədən , Azərbaycan- Özbəksitan dostluğunun daha da möhkəmlənməsinə nail olmuşdur. Özbəksitan Respublikasının prezidenti İ.Kərimovun dəvətilə Özbəkistana səfəri zamanı İlham Əliyev Daşkəndin ən gözəl binalarından biri olan Azərbaycan Mədəniyyət Mərkəzində olmuş , mərkəzdə çalışan əməkdaşlarla və diaspora üzvləri ilə görüşərək, problemlərimizlə maraqlanmış və bizə öz dəstəyini göstərmişdir.

Məmnuniyyətlə deyə bilərik ki, İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın mövqeyi dünya siyasi arenasında daha da güclənmişdir. Vətəndaşların rifahı daha da yaxşılaşmış, iqtisadiyyatın və sənayenin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Gənclər hərakatının inkişafına, təhsilə, idman və səhiyyəyə böyük dəstək göstərilmişdir. Bu barədə biz yalnız mətbuat, televiziya və radio vasitəsilə deyil, həmçinin Azərbaycanda yaşayan dostlarımız və qohumlarımız vastəsilə məlumatlar əldə edirik.

Azərbaycan diasporu prezident seçkilərində İlham Əliyevin namizədiliyinin irəli sürülməsini böyük sevinclə qarşılayıb. Çünkü, Azərbaycanın əldə etdiyi nəaliyyətlər onun adı ilə bağlıdır.Onu yalnız milyonlarla soydaşlarımız deyil, Azərbaycanın dünyadakı bütün dostları , həmçinin bizim Özbəkistanda olan diaspora dəstəkləyir.

Azərbaycan və özbək xalqlarını çoxillik dostluq telləri birləşdirir, biz əminik ki, İlham Əliyev yenidən prezident seçilərsə, iki ölkənin əlaqələri nəinki, möhkəmlənəcək, daha yüksək səviyyəyə qalxacaqdır.

Biz Özbəkistanda yaşayan azərbaycanlılar daima Azərbaycanın və onun prezidenti İlham Əliyevin diqqətini hiss etmişik.

Azərbaycan vətəndaşı olmadıqlarına görə Özbəkistanda yaşayan bir çox azərbaycanlılar qarşıdan gələn seçkilərdə bu və ya digər namizədə səs verə bilməzlər, lakin, bizdən kimi Azərbaycan prezidenti görmək barədə xəbər alsalar , tarixi vətənimizdəki bu yüksək vəzifədə birmənalı olaraq İlham Əliyevi görmək istədiyimizi söyləyərdik.

Biz tarixi vətənimizin bir kiçik hissəsi olaraq Azərbaycan xalqına öz mövqeyimizi çatdırmaq istəyir və Azərbaycan xalqına gələcəkdə uğurlar arzulayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə