Rusiyada 18 nəfərin ölümünə səbəb olmuş Ermənistan vətəndaşı, sürücü Qraçya Arutunyan qadın xalatında müvəqqəti saxlanma kamerasından birbaşa məhkəmənin keçirildiyi zala gətirilib. SİA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, proses zamanı məlum olub ki, 1967-ci il təvəllüdlü sürücü cəmi 8 sinif bitirib. Bu vaxta kimi məhbusluq həyatı sürməyib. Ermənistan vətəndaşı olsa da, qazanc məqsədilə Rusiyaya tez-tez gedib-gəlirmiş. Məhkəmə zamanı erməni sürücü qəzada günahının olmadığı deyib. Onun sözlərinə görə, qəzaya səbəb idarə etdiyi yük maşının əyləcinin sıradan çıxması olub.
Müttəhimin vəkilləri yük maşının texniki baxışla bağlı sənədlərinin qaydada olmadığını deyiblər. Onların fikrincə, buna görə sürücü yox, onun çalışdığı şirkətin rəhbərliyi məsuliyyət daşımalıdır. Buna baxmayaraq, məhkəmə sürücünün 2 ay – sentyabrın 13-dək həbsdə qalmasına qərar verib.
Qeyd edək ki, sürücünün məhkəmə zalına qadın xalatında gətirilməsi sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Bəziləri bunu şəxsiyyətin alçaldılması, bəziləri isə "rus şovinizmi" kimi qiymətləndirib. Aidiyyatı qurumlar isə bildiriblər ki, Arutunyanın paltarları qəza zamanı pis vəziyyətə düşdüyü və geyinmək üçün başqa heç nəyinin olmadığı üçün onlar onu məhkəməyə xalatda gətirməyə məcbur olublar.
Xatırladaq ki, Moskvada iyulun 13-də Aratunyan tərəfindən törədilmiş qəzada "Kamaz" sərnişin avtobusla toqquşması nəticəsində 18 nəfər ölüb və 64 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB