“Mülkiyyət hüquqlarının məhkəmə qaydasında müdafiəsi – uğurlar və çətinliklər” DƏYİRMİ MASA - FOTO

“Mülkiyyət hüquqlarının məhkəmə qaydasında müdafiəsi – uğurlar və çətinliklər” DƏYİRMİ MASA - FOTO

Bakıda "Mülkiyyət hüquqlarının məhkəmə qaydasında müdafiəsi – uğurlar və çətinliklər" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbir "Azərbaycan Hüquqçular Assosiasiyası" və "Azad İqtisadiyyata Yardım İctimai Birliyi" tərəfindən təşkil edilib. Dəyirmi masada "Mülkiyyət hüquqlarının əsasları: Azərbaycan qanunvericiliyinə Avropa Məhkəməsinin təcrübəsi aspektindən baxış" və "Mülkiyyət hüququnun müdafiəsi, məhkəmə təcrübəsində" mövzuları ətrafında müzakirələr aparılıb.

Təbdirdə iştirak edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Məhkəmə - Hüquq Şurasının üzvü Əli Hüseynli bildirib ki, Azərbaycanda mülkiyyət hüquqlarının qorunması ilə bağlı məhkəmə praktikası Avropa standartlarına tam cavab verir: "Azərbaycan məhkəmələrinin mülkiyyət hüquqlarının qorunması ilə istinad etdiyi sənədlər yalnız Avropa İnsan Haqları Konvensiyası və Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququdur. Biz Avropa hüquq sistemindəyik və vətəndaş mütləq nəticə etibarilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər. Odur ki, biz son bir neçə il ərzində bu sahədə çox ciddi irəliləyişlər əldə etmişik".

Daha sonra çıxış edən millət vəkili Fazil Mustafa isə Azərbaycanda mülkiyyət hüquqlarının qorunması ilə bağlı uğurlar və mövcud çətinliklərdən danışıb. Bildirib ki, mülkiyyət hüququ ilə bağlı məhkəmələrin qərarları daha da şəfaff olmalıdır və bu sahədə təkliflər, tövsiyələr verilməlidir.

Daha sonra məruzələr ətrafında müzakirələr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə