52 sürücüyə protokol tərtib olunub FOTOLAR

52 sürücüyə protokol tərtib olunub FOTOLAR

Yol nəqliyyat hadisələrinin artması polisi hərəkətə gətirib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Nabranda Baş Dövlət Yol polisi idarəsi ilə Xaçmaz rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən birgə reyd keçirilib. Gecə saatlarında baş tutan reydin keçirilməsində əsas məqsəd baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Reyd zamanı polis əməkdaşları 12 nəfər sərxoş sürücü barədə protokol tərtib edib. Bu zaman polisin saxla əmrinə tabe olmayan sürücülər də olub. Amma polis qanunu pozan şəxsləri qanunun tələblərinə uyğun cəzalandırıb.

Reyddə 52 nəfərin ümumi qayda pozuntusuna yol verdiyi faktı üzə çıxıb. Bunlardan 12-si sərxoş, 8-i sürət həddini aşma, 37-si ötmə, avtomobilində artıq avadanlıq quraşdırma və digər qayda pozuntuları müşahidə olunub. Bütün qayda pozuntusuna görə Xaçmaz polisi tərəfindən protokollar tərtib edilib.

Qeyd edək ki, BDYPİ-dən verilən məlumata görə, istirahət mövsümü başa çatanadək mütəmadi olaraq reydlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə