Astara rayonun ucqar dağlıq və dağətəyi kəndlərində yol problemi həlli istiqamətində işlər davam etdirilir. Ərçivan qəsəbəsindən başlayıb Şuvi, Siyatük, Alaşa və Qapıçıməhəllə kəndlərindən keçən 13,5 kilometr uzunluğunda olan dairəvi yolun bir hissəsinə artıq asfalt örtük çəkilib. Astara Rayon İcra Hakimiyyətindən SİA-nın Cənub bürosuna verilən məlumata görə, RİH-nin başçısı Qəzənfər Ağayev bu ərazidə yaşayan əhali ilə səyyar qəbul və görüş keçirərkən yolların abadlaşdırılması, asfaltlaşdırılması barədə təkliflər səsləndirilib. Həmin görüşlərdən ötən az vaxt ərzində yolların təmiri və asfaltlaşdırılması işinə başlanılıb. Artıq 13,5 kilometr uzunluğunda olan yolun bir hissəsinə asfalt örtük çəkilib. Dairəvi yolun asfaltlaşdırılmasını Almaniyanın "Vertgen" şirkətinin Azərbaycan üzrə təmsilçisi "Yoltikintinəqliyyatservis" MMC həyata keçirir.
Bu yolun yarısından çoxunun Azərbaycan-İran sərhədi boyu uzanması onun əhəmiyyətini daha da artırır.
Qeyd edək ki, ərazidə yaşayan əhali görülən işlərə görə, prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB