Ana Vətən Partiyasının gənc üzvləri növbəti səyyar toplantılarını Masallı rayonunda keçiriblər. SİA-ya verilən məlumata görə, toplantıda Səbail, Xəzər, Füzuli, Cəbrayıl, Salyan, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı rayon təşkilatlarının gəncləri iştirak ediblər.
Səfər çərçivəsində gənclər Ümummilli lider Heydər Əliyevin Masallı şəhərindəki abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Sonra təbiət qoynunda iclaslarını keçirən ana vətənçilər gənclər təşkilatının konfransına hazırlıq məsələlərini müzakirə ediblər.
Tədbirdə Ana Vətən Partiyası sədrinin siyasi məsələlər üzrə müşaviri Qalib Əhmədov və Qadınlar Şurasının sədri Yeganə Hacıyeva gənclər qarşısında çıxış edərək partiyada gedən quruculuq işləri, partiyanın ideoloji prinsipləri, siyasi xətti haqqında ətraflı məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB