Bu ilin 6 ayı ərzində Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz artıb. DSMF-dan SİA-ya verilən məlumata görə, cari ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 315 512 sığortaolunana fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb. 2013-ci il iyulun 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ümumilikdə 2 581 586 nəfər təşkil edir ki, onların 58,6 faizi kişi, 41,4 faizi qadındır.
2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,5faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığorta olunan vətəndaşlar 23,3 faiz, 40-50 yaşaralığında olan sığortaolunanlar 22,8 faiz, 50-60 yaşaralığında olan sığortaolunanlar 20,5 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,8 faiz təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB