“Düzgün ixtisas, Uğurlu karyera” layihəsi başa çatdı

“Düzgün ixtisas, Uğurlu karyera” layihəsi başa çatdı

Cari ilin 10-14 iyul tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Düzgün ixtisas, Uğurlu karyera" layihəsini həyata keçirib. SİA-ya verilən məlumata görə, ATGTİ – nin beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədlinin rəhbəri olduğu layihə Azərbaycanın Şəki, Zaqatala və Gəncə şəhərlərində həyata keçirilib.

Layihə çərçivəsində tələbə olmaq arzusunda olan gənclərə gələcəkdə uğurlu karyera qurmaq üçün düzgün ixtisas seçiminin vacibliyini izah edilib və düzgün ixtisas seçimində onlara yardımçı olmaq üçün məlumat kitabçaları paylanıb.

Qeyd edək ki, layihənin hədəf kütləsi şagirdlər və abituriyentlər idi və layihə çərçivəsində həyata keçirilən təlimlərdə regionlarda yaşayan gənclər aktiv iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə