Bu gün kəskin isti olacaq

Temperatur gecə 20-25° gündüz 33-38° isti olacaq. Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 65-70 faiz, gündüz 45-55 faiz təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx və Sahildə 27-28° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Temperaturun gecə 18-23°, gündüz 34-39° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 18-23°, gündüz 30-35° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 16-21°, gündüz 29-34° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.

Temperatur gecə 20-25°, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcək.

Temperaturun gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə