Balakənlilər Prezident İlham Əliyevi dəstəkləyir FOTOLAR

Balakənlilər Prezident İlham Əliyevi dəstəkləyir FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov partiyanın Balakən rayon təşkilatının fəalları ilə görüşüb. SİA-nın Şimal-qərb bürosunun verdiyi məlumata görə, görüş Balakən rayon mərkəzindəki Qubek mehmanxanasnin konfans zalinda keciriib.

Tədbirdə Balakəndən Milli Məclisə üzv seçilmiş Rəbiyyət Aslanova, Balakən rayon icra hakimiyyətinin basçısı İslam Rzayev və YAP-ın fəlları istirak ediblər. Tədbiri giriş sözü ilə YAP Balakən rayon təskilatının sədri Azad Balayev açaraq partiya fəallarının ölkə quruculuğunda aktiv iştirakından danışıb.

Daha sonra sözü YAP Sədrinin müavini-icra katibi Əli Əhmədova verib. İsra katibi çıxış edərək Yeni Azərbaycan Partiyasının uğurlu siyasətindən danışıb, bu siyasətin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayib. YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi olduğunu deyən natiq prezident İlham Əliyevin 10 illik hakimiyyəti dövründə ölkənin və ölkə vətəndaslarinin yeniləşməsini, müasirləşməsini uğurlu siyasətin bariz nümunəsi adlandırıb. Əli Əhmədov bildirib ki, ölkədə gedən quruculuq, abadlıq isləri, insanların sosial rifahının yaxşılaşdırılması gələcəkdə uğurla davam etdiriləcək.

Azərbaycanın daxili siyasətindəki uğurlarla yanaşı beynəlxalq aləmdə, dünya birliyində mövqeyinin möhkəmlənməsini, söz sahibi olmasını xüsusi vurğulayan Ə.Əhmədov iri enerji layihələrinin gerçəkləşməsindən və ölkəmizə mənfəət gətirməsindən danışıb: "Uğurlu siyasətin nəticəsidir ki, bu gün xalqımızın maddi rifah halını, güzaranını 15 il bundan öncə ilə müqayisə etdikdə böyük fərq yaranır. Odur ki, xalqımızın mütləq əksəriyyəti bu gün Heydər Əliyev siyasi kursunun İlham Əliyev tərəfindən davam etdirilməsini tələb edir. Əminik ki, balakənlilər də bu inkişafın davamlı olmasını istəməklə İlham Əliyevi növbəti 5 ildə ölkəmizin prezidenti kimi görməkdə israrlıdırlar".

Daha sonra çıxış edən Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev rayonda gedən quruculuq, abadlıq işlərindən danışıb. İ.Rzayev rayonun bütün sahələrində YAP üzvlərinin fəal iştirak etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmaqla yanaşı, rayon fəallarına gələcək işlərində uğurlar arzulayıb.

Tətbirdə istirak edən Rayon Ağsaqqalar Şurasının sədri Rəşid Musayev, rayon gənclər təskilatının üzvü Səbuhi Alqayev və rayon sakinləri oktyabr ayında keçiriləcək prezident seckilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini birmənalı şəkildə bildiriblər.

Sonda YAP-ın yeni üzvlərinə vəsiqələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə