Bu gün "Bakının Birincisi - 2013" adlı "Nə? Harada? Nə zaman?" gənclərarası intellektual yarışması keçirilib. SİA-nın məlumatına görə, mərasimin açılış hissəsində bildirilib ki, bu intellektual yarışma "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının yaradılmasının 1 illiyi münasibətilə keçirilir. Tədbirdə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov çıxış edərək, yarışın əhəmiyyətindən danışıb.
Fuad Muradov çıxışında qeyd edib ki, qarşıdan prezident seçkiləri gəlir. Millət vəkili gəncləri seçkilərdə yekdilliklə İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb. O qeyd edib ki, dövlət başçısının şəxsi təşəbbüsü ilə intellektual və elmi fəaliyyətlə məşğul olan gənclərə xüsusi diqqət ayrılıb.
Sonra yarışmaya start verilib. Gənclər arasından seçilən 150 nəfər 25 komanda da birləşərək oyuna qatılıb. Turnirin aparıcısı "Çto? Qde? Koqda?" oyunun nüfuzlu "Büllur Bayquş" mükafatının sahibi Andrey Supramoviç olub. Yarışmanın Apellyasiya üzrə münsiflər heyətinə Moskva Elitar Klubunun ulduzu Anastasiya Şutova rəhbərlik edib.
Qeyd edək ki, yarışma çərçivəsində ən yaxşı 16 komanda üçün breyn-rinq keçirilib. Breyn-rinqi "Büllur Bayquş" mükafatının sahibi, həmyerlimiz Rövşən Əsgərov aparıb. Yarışmada bildirilib ki, müsabiqənin bu mərhələsində səsləndirilən 60 sualdan ibarət paket "Çto? Qde? Koqda?" proqramının tanınmış ukraynalı redaktoru Konstantin Naumenko tərəfindən hazırlanıb.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB