Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin iyulun 9-da keçirdiyi reyd zamanı Ağdaş rayonunun Dəhnəxəlilli kənd sakini Zeynal Zeynalova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz fəaliyyət göstərən "heyvan kəsim sexi"indən götürülən sinənin siqmental hissənin skeletinin hansı heyvana məxsus olmasını aydınlaşdırmaq məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Komissiyanın iştirakı ilə həmin skeletə orqonoleptik baxış keçirilib və anatomik quruluşuna görə skeletin ata məxsus olduğu müəyyənləşdirilib.
Qabırğaların nazik, kənarlarının küt qövsvarı, uc hissəsinin sivri şəkildə olması nümunənin ata məxsusluğunun göstəricisidir.
Qeyd edək ki, ərazi nəzarətdə saxlanılır. Faktla bağlı hüquq mühafizə orqanlarına və digər müvafiq qurumlara müraciət edilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB