Ramazan ayının ilk cümə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, ölkənin dini icmaların fəallarından ibarət heyət Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Komitədən SİA-ya verilən məlumata görə, Ramazan ayı münasibəti ilə təşkil edilən ziyarətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Dövlət Komitəsinin məsul əməkdaşları, həmçinin aparıcı dini icmalarının rəhbərləri, tanınmış ilahiyyatçılar və ziyalılar iştirak ediblər. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə əklil və tər gül dəstələri qoyulub.
Daha sonra Dövlət Komitəsinin nümayəndələri və dini icma rəhbərləri Şəhidlər Xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzmüş, dualar ediblər.
Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər planı çərçivəsində tədbirlər planı çərçivəsində icmalar üçün sosial fəaliyyətə dəstək layihəsinin təqdimatı həyata keçiriləcək və icmaların müraciətləri qəbul olunacaq. Layihə Dövlət Komitəsi tərəfindən dini icmalar üçün veriləcək iftar süfrəsi zamanı elan ediləcək.
Ramazan ayı boyunca yarana biləcək mümkün problemlərlə bağlı qaynar xətt fəaliyyət göstərəcək.
Ramazan ayı ərzində Dövlət Komitəsinin rəhbərliyinin Bakıda və bölgələrdə yerli ictimaiyyətlə və dini icmalarla görüşlərinin keçirilməsi, mövcud problemlərin həlli istiqamətində tədbirlərin davam etdirilməsi və maarifləndirmə işi aparılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB