Beyləqanda Vergilər Nazirliyi tərəfindən həyata keçirilən "Vergi dostları" layihəsi çərçivəsində rayonun ümumtəhsil məktəblərindən seçilmiş 130 müəllimə "Vergi dostları" sertifikatı və kompyuter təqdim olunub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, regional tədbirdə Beyləqan, İmişli, Ağcabədi rayonlarının təhsil şöbələrinin əməkdaşları, rayon icra hakimiyyətinin və əlaqədar dövlət qurumlarının nümayəndələri, Vergilər Nazirliyinin və 8 saylı Ərazi Vergilər İdarəsinin rəhbər şəxsləri iştirak edib.
Tədbirdə çıxış edən Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, kənar kənd və qəsəbələrdə "Vergi dostları" şəbəkəsinin yaradılması ilə bağlı görülən işlərdən danışıb.
Layihə ölkənin bütün regionlarını əhatə edəcək. 2013-cü ilin sonunadək "Vergi dostları" şəbəkəsi üzvlərinin sayı 2 min nəfərə çatacaq.
Sonda təlimi müvəffəqiyyətlə başa vuran "Vergi dostları"na sertifikatlar, "Vergi dostu"nun yaddaş kitabçası və kompyuterlər təqdim olunub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB