Qanvermə aksiyası keçirilib

Samux rayonunda qanvermə aksiyası keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, Səhiyyə Nazirliyinin xətti ilə keçirilən aksiyada rayon İcra Hakimiyyəti Aparatının rəsmiləri hüquq-mühafizə orqanı əməkdaşları, idarə və təşkilat kollektivləri, eləcə də sadə vətəndaşlar iştirak edib. Mərkəzi rayon Xəstəxanasında reallaşan aksiya paytaxtdan ezam edilən həkim briqadaları tərəfindən aparılıb. Bir günlük aksiyada təxminən 400-ə yaxın donor iştirak edib ki, onlardan da 350 nəfərindən qan analizi götürülüb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə