"Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq". Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamsında deyib ki, paytaxtda havanın temperaturunun gecə 19-24, gündüz 31-36 dərəcə isti təşkil edəcəyi gözlənilir: "Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək".
Baş hidroloqun sözlərinə görə, ölkənin bölgələrində iyulun 12-dən 13-nə keçən gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var: "Gündüz hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir".
Qeyd edək ki, iyulun 12-dən 14-dək Respublikanın rayonlarında əsasən yağmursuz, isti hava şəraiti gözlənilir. Lakin ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gözlənilən hava şəraiti əksər rayonlarda kənd təsərrüffatı bitkilərinin böyüməsi və inkişafı, həmiçinin aqrotexniki işlərin görülməsi üçün əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB