Müsavat başqanının müşaviri Qarabağ əlilini təhqir edib FOTO

Müsavat başqanının müşaviri Qarabağ əlilini təhqir edib FOTO

Xatırlayırsınızsa, təxminən keçən ayın sonlarında Lənkəran şəhərində II qrup Qarabağ əlili Kərimov Rəşid Fərman oğlunun Müsavat başqanı İsa Qəmbərin müşaviri Yadigar Sadıqov tərəfindən vəhşicəsinə döyülməsi barədə xəbər vermişdik. Bu gün yenə Qarabağ əlilindən SİA-ya məlumat daxil olub. Məlumatı olduğu kimi dərc edirik:

- "Tia.az" saytının əllaməçiliklə məşğul olan başbilənləri bir daha qarışdırıcılıq xislətlərinə uyğun olaraq saytın 11 iyul 2013-cü il tarixli məlumatları arasında Müsavat başqanının müşaviri Yadigar Sadıqovun iki nəfər dostu ilə birlikdə məni vəhşicəsinə döyüb xəsarət yetirdiklərinə heç bir əhəmiyyət vermədən yenidən mənim haqqımda tamamilə yalan və iftira dolu fikirlər yayıblar. Mən Qarabağ qazisiyəm, 2-ci qrup əliləm. Bütün əxlaq normalarını ayaqlar altına atan bu mənəviyyatsız adamlar heç bir məsuliyyət, abır-həya hissi keçirmədən yenidən məni, Qarabağ əlilini narkoman, cinayətkar və islaholunmaz şəxs kimi qələmə verməyə çalışıblar.

Əgər bu insanlarda azca vicdan hissi varsa, saytlarında mənimlə bağlı 12 may 2008-ci il tarixli məhkəmə hökmündə kimin haqlı, kimin haqsız olduğunu açıq yazsınlar və sübut etsinlər ki, 6 il bundan əvvəl baş vermiş münaqişə zamanı Valid və Xalid qardaşları tərəfindən qamçı formalı qalın rezinlə amansızcasına döyülən mən Qarabağ əlili erməni faşistlərindən yarımçıq da olsa qoruya bildiyim həyatımı labud ölümdən xilas etmək üçün görəsən nə etməli idim? İkincisi, görəsən tək əlili, özü də Qarabağ əlilini birləşərək qəddarcasına ölümünə döyən şəxslərin hərəkəti məgər qəhrəmanlıqdır? Bəs 6 il sonra Yadigar Sadıqov və əlaltıları tərərəfindən yenidən vəhşicəsinə döyüləndə mənim, Qarabağ əlilinin hüquqlarını qanun nə üçün müdafiə etməməlidir? Yəqin, siz bu hadisələrə qanunun gözü ilə yox, özünüzün dar düşüncə mövqeyinizdən yanaşırsınız. Görəsən, sizin məqsədiniz nədir, cinayət törətmiş Yadigar Sadıqovun hərəkətlərinə haqq qazandırmaq, yoxsa Vətən torpaqları uğrunda vuruşaraq sağlamlığını itirmiş, əlil olmuş Qarabağ qazisinə böhtan ataraq onu ləkələməkdir?

Sizin hətta mavilərin kompakt yaşadığı bir ölkədə özünə sığınacaq tapmış, özünü ağsaqqal kimi qələmə verən vətən xaini Ələkrəm Hümbətova müraciət edib qoçuluq edən Yadigar Sadıqova dəstək axtarmağınız sübut edir ki, qara niyyətlərinizə çatmaq üçün hər şeyə razısınız! AYIB OLSUN ...

Bütün xəbərlər Facebook səhifəmizdə