Bu gün hava dəyişkən buludlu olacaq. Bu barədə SİA məlumat verib.
Xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 19-24° gündüz 29-34° isti olacaq.
Bakıda gecə 22-24°, gündüz 31-33° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 758 millimetr civə sütununa qalxacaq, nisbi rütubət gecə 75-85 faiz, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 19-24°, gündüz 30-34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Temperaturun gecə 12-17°, gündüz 21-26° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23°, gündüz 29-34° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, leysan xarakterli qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.
Temperatur gecə 15-20°, gündüz 26-31° isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 30-35° isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 14-19° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Qeyd: Bu gün Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin gətirdiyi nisbi sərinlik meteohəssas insanlar üçün əlverişlidir. İyulun 13-14-də zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti diskomfort şərait meteohəssas insanlar üçün əlverişsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB