Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi "Gənclərin beynəlxalq əməkdaşlığı üzrə dəstək mərkəzinin yaradılması" layihə çərçivəsində gənclər təşkilatları üçün Məsləhət Xidməti elan edir.
Mərkəzdən SİA-ya verilən məlumata görə, xidmətin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının beynəlxalq əməkdaşlıq imkanlarının artırılmasına, regional və beynəlxalq layihələrdə təmsil olunmasına köməklik göstərməkdir.
Məsləhət xidmətinə yalnız dövlət qeydiyyatından keçmiş gənclər təşkilatları müraciət edə bilərlər.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsən-zadə bildirib ki, xidmətin yaradılması Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının beynəlxalq gənclər hərəkatında özünəməxsus yer tutmalarına, söz sahibi olmalarına və beynəlxalq tədbirlərə ev sahibliyi etmələrinə köməklik edə bilər.
Qeyd edək ki, dəstək olduğu halda xidmətin genişləndirilməsi və online rejimdə həyata keçirilməsi də nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB