Bakıda keçirilən qanunsuz aksiyalarda iştirakına görə məhkəmə önünə çıxarılan "Azadlıq" radiosunun əməkdaşı, son bir ildə keçirilən bütün qanunsuz aksiyalarda iştirak edən Xədicə İsmayılova bu dəfə maraqlı cərimə ödəməli olub. Bu cəza növünün mahiyyəti belədir ki, jurnalist Xədicə İsmayıl paytaxt küçələrini süpürəcək. Məhkəmənin barəsində tətbiq etdiyi 400 manat cəriməni ödəməkdən imtina edən jurnalist 220 saat icrabi əməyə cəlb olunacaq.
Məhkəmənin çıxardığı hökmü jurnalist öz facebook səhifəsində də paylaşıb: "Xatırlayırsınızsa, mitinqə qatıldığım üçün mənə kəsilən qanunsuz cəriməni ödəməkdən imtina etdiyimə görə, 220 saat ictimai işlər cəzasına məhkum olunmuşdum. Bu gün həmin cəzanın icrası ilə bağlı Məhkəmə qərarlarının icrası şöbəsinə çağırılmışdım. Getdim. Bu sənədi təqdim etdilər. 220 saat dalandar və ya süpürgəçi işi görmək təklif olunur. İzah etdilər ki, dalandar - arxa küçələri, süpürgəçi mərkəzi küçələri süpürür. Mən yəqin ki, sabah gedi süpürgəçi işini görəcəyim barədə iltizam verəcəyəm. Növbəti həftədən işə başlayacağıq. Gündə 4 saat bu işi görmək öhdəliyim var. Artıq analoqu olmayan inkişafdan - Binəqədi rayonunun mərkəzi küçələrində yüksək ixtisaslı kadrların çalışmasından danışa bilərsiniz".
Jurnalist sonda höt-hötündən də qalmayıb: "Bu ölkəni zir-zibildən təmizləmək bizə düşər! Təmizləyəcəyik!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB