Paytaxtda temperatur enəcək

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin sürəti 10-15 m/s, arabir 18 m/s təşkil edəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamsında belə deyib. Onun sözlərinə görə, yarımadanın bəzi yerlərində küləyin sürəti 20-23 m/s-dək güclənəcək: "Havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək."

Ölkənin rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyini, lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağını deyən baş hidroloq bildirib ki, sabah bölgələrdə qısamüddətli yağış yağacağı ehtimalı var: "Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun aran rayonlarında gecə 20-25, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir".

Qeyd edək ki, iyulun 12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin gətirdiyi nisbi sərinlik meteohəssas insanlar üçün əlverişlidir. İyulun 13-14-də zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti diskomfort şərait meteohəssas insanlar üçün əlverişsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə