MŞ-ı internet media vasitələrinin fəaliyyətindəki narazılıq doğuran məsələləri araşdıracaq
Bu gün Azərbaycan jurnalistlərinin VI qurultayında Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklər edilib. SİA-nın xəbərinə görə, bu barədə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, əgər qurum indiyədək təkcə qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətləri araşdırırdısa, Nizamnamə dəyişikliyi internet media vasitələrinin fəaliyyətindəki narazılıq doğuran məqamları ətraflı nəzərdən keçirməyimizə zəmin yaradacaq. Meyarlarımız və prinsiplərimiz dəyişməzdir.
Onun sözlərinə görə, cəmiyyətin ümumi mənafelərinə zidd, insanların dinc birgə yaşayış qaydalarını təhdid edən peşə dəyərlərindən uzaq materiallar harada dərcindən asılı olmayaraq eynidir: "Onlar barədə də müvafiq ölçü götürülməlidir. Ümid edirəm ki, qurultay nümayəndələri Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklərə tərəfdar çıxmaqla mediamızın mənafeyi baxımından zəruri olan prosesə dəstəklərini əsirgəməyəcəklər".
Ümumən Nizamnamə dəyişikliyinin məğzi bundan ibarətdir ki, Şuranın İdarə Heyəti qurultay tərəfindən seçilən 17 həqiqi və 5 ehtiyat üzvdən ibarət olsun. Həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı ictimaiyyəti təmsil etsin. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si ictimaiyyətdən olsun.
Tədbirin davamında Mətbuat Şurasının Nizamnaməsinə edilən dəyişikliklər qəbul edilib.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB