Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçıları bu gün Fəxri Xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib, önünə əklil qoyublar.
Qeyd edək ki, qurultayda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına və Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişiklik nəzərdə tutulur. AJPDQ-ya dəyişikliklər Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin 2010-2011-ci illərdə həyata keçirdiyi birgə layihə çərçivəsində aparılıb. Məsələ ölkənin jurnalist ictimaiyyətinə kifayət qədər aydındır. Qurultay həmin dəyişikliklərə münasibətini bildirməlidir. Bunun üçün ali məclis nümayəndələrinə AJPDQ-nın əvvəlki və hazırkı variantı müqayisəli şəkildə təqdim olunacaq.
Cavid Əkbərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB