Bu gün hava yağmursuz keçəcək

Bu gün hava yağmursuz keçəcək. Bu barədə SİA məlumat verib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı, axşam buludluluğun artacağı, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 20-24°, gündüz 33-38° isti olacaq.

Bakıda gecə 22-24°, gündüz 35-37° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.

Temperaturun gecə 18-23°, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.

Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperatur gecə 17-22°, gündüz 30-35° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında hava yağmursuz keçəcək.

Temperatur gecə 20-25°, gündüz 35-40° isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcək.

Temperaturun gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 14-19° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə