Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Ağcabədidə vətəndaşları qəbul edib. SIA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, qəbulda Bərdə, Tərtər, Ağdam, Zərdab, Beyləqan, Laçın, Füzuli, Xocalı, Xocavənd və İmişlidən olan vətəndaşlar iştirak ediblər. Qəbula gələn vətəndaşlar əsasən pensiya təyinatı, pensiyaların hesablanması, eləcə də stajla bağlı mübahisəli məsələlərlə əlaqədar müraciət ediblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Qəbul zamanı bəzi vətəndaşların qaldırdıqları məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB