Nazir: “Xalq artistlərinin bir-birini təhqir etməsi mənəviyyatımıza sığmayan hərəkətdir”
"Xalq artistlərinin bir-birini təhqir etməsi mənəviyyatımıza sığmayan hərəkətdir". SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, bunu Qubada jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, Xalq artisti adını daşıyan hər bir kəs özündə məsuliyyət hiss etməlidir: "İctimai fiqur olan bu şəxslərin bir-birini təhqir etməsi mənəviyyatımıza sığmayan və qəbuledilməz hərəkətdir".
Əbülfəs Qarayev mətbuat orqanlarına bu məsələni şişirtməməyi tövsiyə edib. Tarixi abidələrin təmirinə də toxunan Əbülfəs Qarayev bildirib ki, ölkədə 6300 abidə mövcuddur. Onların təmiri isə planlı şəkildə, növbə ilə nəzərdə tutulub.
Qeyd edək ki, Əbülfəs Qarayev Quba şəhərində vətəndaşlarla açıq qəbul keçirib. Qəbul zamanı 5 rayondan olan 50-dən artıq vətəndaşın müraciətləri dinlənilib. Müraciətlərin böyük qismi fəxri adların verilməsi, tarixi abidələrin bərpası, uşaq musiqi məktəblərinin nəzdində rəqs şöbəsinin eləcə də yeni turizm marşrutlarının yaradılması ilə bağlı olub.
Dinlənilən şikayətlərin bir hissəsi yerində həll edilib, digər hissəsi isə tədbir görülməsi üçün nəzarətə götürülüb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB