Limonad sexlərində monitorinqlər başladı FOTO

Limonad sexlərində monitorinqlər başladı FOTO

Gəncə şəhərində fəaliyyət göstərən limonad sexlərində monitorinqlər başlanılıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, yoxlamalar Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılır. Həyata keçirilən monitorinqlər zamanı məlum olub ki, bəzi işbazlar standartın norma və tələblərindən uzaq şəraitdə limonad və digər sərinləşdirici alkoqolsuz içkilərin satışını həyata keçirir. Sahibkar Aftandil Quliyevə məxsus sexdə aparılan yoxlamalar zamanı olduqca ciddi qanun pozuntuları aşkar edilib. Monitorinqlərdən sonra sexin fəaliyyətinə qadağa qoyulub sahibi isə cərimələnib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə