Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikası (AR) Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, İtaliya, Ukrayna, Polşa, Gürcüstan, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Bakı şəhərində 3-8 İyul, 2013-cü ildə Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirib.
SİA-ya verilən məlumata görə, AGAT tərəfindən məktəb çərçivəsində "Dünyada Münqaşələr, Azərbaycanın enerji təhlükəsizliyi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" barədə xüsusi panel təşkil olunub. Panelin qonaqları politoloq Fərhad Mehdiyev, siyasi elmlər doktoru Elman Nəsirov və Strateji Tədqiqatlar Mərkəzinin əməkdaşı Rövşən İbrahimov olublar. Panel çərçivəsində Qarabağ münaqişəsinin tarixi, siyasi aspektləri və Azərbaycanın ədalətli mövqeyi barədə geniş məlumat verilib. Daha sonra ölkəmizin enerji təhlükəsizliyi siyasəti, Avropa-Azərbaycan iqtisadi əlaqələri və regionda Azərbaycan vacib rolundan danışılıb. Sonda Avropalı gənc siyasətçilərlərlə interaktiv müzakirələr davam edib.
Növbəti panel "Siyasi strategiyada mətbuatın cəlb olunması və sosial şəbəkələr" olub. Panelin ekspertləri "Baku Post" qəzetinin əməkdaşı Tofiq Abbasov, editor.az saytının direktoru Fərid Şahbazlı və azxeber.az saytının rəhbəri Hacıbəy Heydərli idi. Ekspertlər panel çərçivəsində ölkəmizdə söz azadlığı və mətbuatın son illərdə inkişafından danışıblar. Qeyd ediblər ki, ölkəmizdə azad internet var, əhalinin heç bir siyasi təbəqəsinə ayrıseçkilik qoyulmur. Tədbir sual-cavab şəklində davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB