Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında Əsəd Mirzəliyevin sədrliyi ilə iddiaçı Xədicə İsmayılovanın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 9 yanvar 2013-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxılıb.
Məhkəmədə "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın "Səs" qəzeti redaksiyasına qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsinə dair iddiası təmin edilməyib.
Məhkəmənin qərarına görə, İsmayılova Xədicə Rövşən qızının kassasiya şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 9 yanvar 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Məhkəmə Kollegiyası hesab edir ki, "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
İddiaçı Xədicə İsmayılova 2 min manat məbləğində mənəvi zərərin ödənilməsi barədə tələbi irəli sürmüş olsa da, keçirdiyi fiziki və mənəvi sarsıntıların nədən ibarət olmasını izah edə, bu barədə məhkəmələrə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
Xatırladaq ki, 2012-ci li oktyabr ayının 14-də Səbail rayon Məhkəməsində Rauf Əhmədovun sədrliyi və Orxan Qurbanovun katibliyi ilə baş tutan iclasda məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Xədicə İsmayılovanın "Səs" qəzeti redaksiyasına qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının təmin etməyib.
Bundan sonra Xədicə İsmayılova kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinə işin yeni apellyasiyaya göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Bakı Appelyasiya məhkəməsi Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxlayaraq İsmayılova Xədicə Rövşən qızının "Səs" qəzeti redaksiyasına qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edib.
Maraqlı məqamlardan biri də budur ki, X.İsmayılova cəmiyyətdə "söz azadlığı uğrunda mübariz insan" imicini sərgiləməyə çalışsa da, "Səs" qəzetində yazılan məqalələrə qarşı fərdi mövqeyini ortaya qoyub. Bununla da sübut olunub ki, X.İsmayılova heç də sözügedən imicə layiq ola biləcək şəxs deyil. O, söz və ifadə azadlığına qarşı dözümsüzlüyünü "Səs" qəzetinə qarşı qərəzli davranışları ilə təsdiq etdi. Lakin ədalət növbəti dəfə haqlı olan tərəfin yanında oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB