İranlı nazir Fəxri Xiyabanı ziyarət edib

İranlı nazir Fəxri Xiyabanı ziyarət edib

Bu gün İran İslam Respublikasının gənclər və idman naziri Məhəmməd Abbasinin Azərbaycana səfəri başlayıb. SİA-nın məlumatına görə, iranlı nazirin başçılıq etdiyi nümayəndə heyyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftolmoloq Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra nümayəndə heyəti Şəhidlər Xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər, "Əbədi Məhşəl" abidəsi önünə əklil qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə