“Gənclərin seçki hazırlığı-seçki prosesi” FOTOLAR

“Gənclərin seçki hazırlığı-seçki prosesi” FOTOLAR

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Masallı rayonunda təşkil etdiyi "Yay məktəbi" layihəsinin ikinci günü geridə qaldı. SİA-nın verdiyi məlumata görə, günün birinci yarısında qrup rəhbəri Milli Məclisin deputatı Sədaqət Vəliyeva YAP-çı gənclərə proqrama uyğun olaraq "Gənclərin seçki hazırlığı- seçki prosesi" mövzusunda təqdimat verib.

Ümumilikdə seçki prosesi, seçkilərin təyin edilməsi, seçicilərin siyahıya alınması, namizədlərin irəli sürülməsi və qeydiyyatı, təşviqat kampaniyası, səsvermə və səslərin hesablanması barədə məlumat çatdırıb. Millət vəkili, eyni zamanda qeyd edib ki, Azərbaycan xalqının seçkillərdə öz iradəsini sərbəst şəkildə ifadə etməsi, ölkəyə layiqli rəhbər seçkmək haqqına sahib olması, demokratiyanın və müstəqil dövlətçilik məhkurəsinin əsas göstəricisidir.

S.Vəliyeva sonra partiyanın fəal gənclərini cənab Prezidentin təbliğat kompaniyasında fəal iştirak etməyə çağırıb: "Zaman dəyişir, hər bir dövrün öz tələbləri, öz çağırışları var. Təbii ki, yeniləşmə insanların düşüncələrində də özünü qabarıq şəkildə büruzə verir. Yeniliyi, müasirliyi yüksək dəyərləndirən Azərbaycan gəncləri seçkilərin yüksək fəallıq şəraitində keçməsi üçün ciddi səylər göstərməli, ən layiqli namizədin qələbəsini təmin etmək üçün öz seçki hüquqlarından səmərəli istifadə edərək cənab İlham Əliyevə dəstək olmalıdırlar".

Sonra məsul şəxs Kubra Əliyarlı çıxış edərək bildirib ki, cənab İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi hər şeydən əvvəl vətəndaşlarımızın daxili inamına əsaslanır, xalqın özünə layiqli rəhbər seçmək haqqını ifadə edir və bu səbəbdən yüksək ictimai dəyərə və gücə malikdir.

Daha sonra gənclərə seçki prosesinin əhəmiyyəti, ölkənin inkişafında, tərəqqisində rolu barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirilən seçkilərin demokratikliyini, şəffaflığını, dünya standartlarına uyğun keçirilməsini təmin etmək üçün mühüm addımlar atılır. Daim yeniliyə, müasirliyə maraq göstərən Azərbaycan dövlətinin dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə çalışması da seçkilərin demokratik keçirilməsində maraqlı olduğunu təsdiqləyir.

Bundan sonar isə komandalar arasında təbliğat-təşviqat mövzusunda oyun keçirilib. Hər komandaya öz namizədlərinin təbliğinin hazırlanması üçün 25 dəqiqə vaxt verilib. Bundan sonar hər qrupun kapitanı 5 dəqiqə vaxt ərzində öz namizədi ölkə başçısı İlham Əliyevin 10 ildə gördüyü işlər barədə seçicilərə məlumat verib. Sonda Kubra Əliyarlı daha dolğun və dəqiq məlumatlarla çıxış etdiyi üçün "İslam" komandasını qalib elan edib.

Günün ikinci yarısında isə YAP-çı gənclər Masallı rayon Diyarşunaslıq Muzeyinə səfər etdi. Daha sonra komandalar arasında müxtəlif idman yarışları keçirilib.

Taleh Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə