Avropa parlamentinin üzvləri Dağlıq Qarabağ münaqişəsini və problemin həlli yollarını daha dərindən öyrənmək məqsədilə Ağdama səfər ediblər. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, azərbaycanlı millət vəkillərinin müşayiət etdiyi nümayəndə heyəti əvvəlcə İcra Hakimiyyətinin binasında icra başçısı Nizami Sadıqovla görüşüblər. Avropa parlamentinin üzvləri cəbhə xəttindəki vəziyyət və burada yaşayan əhalinin sosial durumu ilə maraqlanıblar. İcra başçısı bildirib ki, ermənilərin işğalçılıq siyasəti nəticəsində Ağdamın 70 faizdən çox torpağı işğal edilib. Yurd yuvasından didərgin düşmüş məcburi köçkünlər 20 ildən çoxdur ki, vətən həsrəti ilə yaşayırlar. Daha sonra qonaqlar Ağdam haqqında sənədli filim izləyiblər.
Qeyd edək ki, kənd sakinləri BMT qətnamələrinə məhəl qoyulmamasını və beynəlxalq ictimaiyyətin məsələyə ikili standartlarla yanaşdığını avropalı vəkillərin diqqətinə çatdırıb.
Şamxal Cəliloğu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB