“Siyasətçinin kommunikasiya bacarıqlarının artırılması və diplomatiyada ünsiyyət”

“Siyasətçinin kommunikasiya bacarıqlarının artırılması və diplomatiyada ünsiyyət”

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, İtaliya, Ukrayna, Polşa, Gürcüstan, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Bakı şəhərində 3-8 İyul, 2013-cü ildə Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirib.

SİA-ya verilən məlumata görə, AGAT tərəfindən məktəb çərçivəsində "Siyasətçinin kommunikasiya bacarıqlarının artırılması və diplomatiyada ünsiyyət" adlı sessiya keçirilib. Panelin qonaqları AR Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev, biznes etika üzrə beynəlxalq təlimçi Günel İbrahim və teleaparıcı Ceyhun Əli olublar. Panel çərçivəsində siyasətçinin jestləri, onlarla düzgün davranma, kommunikasiyada jestlərin vacibliyi üzrə Günel İbrahim və Ceyhun Əli qeyri-formal təhsildən istifadə edərək geniş məlumat veriblər.

Daha sonra tədbirin xüsusi qonağı Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev diplomatın danışıqlarda uğur qazanmasının yolları, danışıqlarda diplomatiya və onun mühümlüyü barədə məruzə edib. Sessiya avropalı gənc siyasətçilər tərəfindən maraqla qarşılanıb.

Sessiyadan sonra 9 ölkənin gənc siyasətçiləri öz ölkələrinin siyasi və mədəni təqdimatlarını keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə