"Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev SİA-ya açıqlamsında belə deyib. Onun sözlərinə görə, havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 33-38 dərəcə isti olacaq: "Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və səhər saatlarında Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısa müddətli az yağış yağacağı ehtimal olunur. Havanın temperaturu Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 35-40 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq".
Baş hidroloq iyulun 11-də də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağını, arabir tutulacağını, əsasən yağmursuz keçəcəyini bildirib: "Cənub-şərq küləyi axşam şimal-qərb küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 33-38 dərəcə isti olacaq. Ölkənin rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Havanın temperaturu Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 34-39 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB