Gənclər Fondunun regionlarda təqdimatı davam edir FOTO

Gənclər Fondunun regionlarda təqdimatı davam edir FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 27 iyun 2013-cü il tarixində növbəti qrant müsabiqəsini elan edib. Fonddan SİA-ya verilən məlumata görə, bununla əlaqədar Respublikanın bir sıra şəhər və rayonlarında region gəncləri üçün müsabiqə şərtləri və müraciət qaydaları barədə təqdimatlar keçirilir.

Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov və Fondun əməkdaşları Mübariz Qədirov və Ramin Cəfərov tərəfindən keçirilən təqdimatlar artıq Şamaxı (Mərəzə, Ağsu), Şirvan (Sabirabad, Hacıqabul), Qəbələ (İsmayıllı) və İmişlidə (Saatlı, Beyləqan) baş tutub. Region gənclərinin böyük marağına səbəb olan təqdimatlar gənclərin suallarının cavablandırılması ilə davam edib.

Qeyd edək ki, regional mərkəz olaraq seçilmiş şəhərlərdə qonşu bölgələrin də gəncləri iştirak edirlər. Bu gün tarixində növbəti təqdimatlar Şəki, Biləsuvar, Zaqatala və Lənkəranda keçiriləcək. Növbəti günlərdə təqdimatlar isə Abşeron, Masallı, Göyçay, Yevlax, Sumqayıt, Bərdə, Ağcabədi, Gəncə, Xaçmaz, Şəmkir, Quba və Qazaxda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə