Cari ilin 8-10 iyul tarixlərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan Respublikası (AR) Prezidenti yanına Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda İnformasiya- kommunikasiya texnologiyaları (İKT) təlimləri çərçivəsində Gəncə şəhərinin gəncləri üçün təlimlər davam edir.
Layihənin rəhbəri, AƏSMA TGT sədri Aqşin Hüseyni bildirir ki, regionlarda İKT-yə maraq olduqca böyükdür və təlimlərdə iştirak etmək istəyən tələbə-gənclərin sayı təlimlərin ilk günü olmasına baxmayaraq, kifayət qədər çox idi.
Qeyd edək ki, 2-4 iyul tarixlərində Lənkəran şəhərində AƏSMA TGT tərəfindən keçirilən İKT təlimləri gənclər və yerli icra orqanları tərəfindən olduqca maraqla qarşılanıb.
Məlumat üçün bildirək ki, təlimlərin növbəti ünvanı 12-14 iyul tarixlərində Zaqatala şəhəri olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB