XİN rəhbərləri həmsədrlərlə nə vaxt görüşəcəklər?

Elmar Məmmədyarov: "Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə növbəti görüşünün formatı dəqiqləşdirmə mərhələsindədir"
XİN rəhbərləri həmsədrlərlə nə vaxt görüşəcəklər?

Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə növbəti görüşünün formatı dəqiqləşdirmə mərhələsindədir. SİA xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. XİN başçısı deyib: "Hazırda formatı ATƏT-in Minsk qrupunun həmsədrləri dəqiqləşdirirlər, onlar görüşün formatını yaxın günlərdə elan edəcəklər. Bunun birgə görüş olacağı və ya hər bir nazirlə ayrılıqda danışıqlar aparılacağı hələlik məlum deyildir. Görüşün yeri və vaxtı da məlum deyildir".

Bütün xəbərlər Facebook səhifəmizdə