Ermənistanın paytaxtında ermənilərin Xocalıda və işğal altında olan digər Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, insan haqlarının kobud şəkildə pozulması barəsində bütün dünyaya bəyanat verən Moldova Respublikasının ombudsmanı xanım Aurelia Qriqoriu bu gün düşmən ölkədə nə qədər "haqsız danışan" kimi qəbul edilsə də, Azərbaycanda, eyni zamanda haqqın, ədalətin tərəfində dayanan ölkələrdə obyektiv danışan bir insan kimi qəbul edilir. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə moldovalı ombudsmana ünvanladığı təşəkkür məktubunda da Aurelia Qriqoriunun cəsarətli addımı təqdir olunur. Məktubun mətnini təqdim edirik:
Moldova Respublikasının Parlament Vəkili
Xanım Aurelia Qriqoriuya
Hörmətli xanım parlament vəkili!
Sizin 4 iyul 2013-cü il tarixində Ermənistanın paytaxtı Yerevan şəhərində keçirilən beynəlxalq tədbirdə çıxışınız Azərbaycanda böyük maraqla qarşılandı.
Çıxışınızda Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və Xocalı soyqırımı barəsində fikirlər səsləndirməniz Sizin Dağlıq Qarabağ münaqişəsinin tarixindən yaxşı məlumatlı olmanızı sübut edir.
Ermənistan SSRİ dağıldıqdan sonra ölkəmizin daxili siyasətindəki mürəkkəb situasiyadan istifadə edərək Azərbaycan torpaqlarının 20 faizini işgal etdi. 1 milyon vətəndaşımızı məşburi köçkün halına saldı, Xocalı soyqırımı və yüzlərlə digər faciələr törətdi. Bütün bunlar postsovet tarixinin qara səhifələrindən sayıla bilər.
Ermənistan bu gün işgal etdiyi ərazidə öz silahlı qüvvələrini saxlayır və yeganə ölkədir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımır.
Sizin Ermənistan parlament binasındaki beynəlxalq tədbirdə həqiqəti söyləməyiniz Sizin siyasi cəsarətinizdən və obyektivliyinizdən xəbər verir. Fərqli fikir söylədiyinizə görə Ermənistanda təhdidlərə məruz qalmağınız, ölümlə hədələnməyiniz, Sizə zor tətbiq edilərək iki gün ölkədən kənara buraxılmamagınız həmin ölkənin insan hüquqlarına olan münasibətini bariz şəkildə sübüt etdi.
Hörmətli xanım Aurelia Qriqoriu !
Bir Azərbaycan vətəndaşı və parlamentin deputatı kimi obyektivliyinizə, siyasi cəsarətinizə və təhdidlərə baxmayaraq mətinliyinizə görə Sizə öz dərin təşəkürümü bildirirəm.
Sizin simanızda Moldova dövlətinə inkişafında uğurlar arzu edir, dost moldova xalqına öz salamlarımı yetirirəm.
Hörmətlə,
Aydın Mirzəzadə,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
siyasi elmlər üzrə fəlsəfə doktoru
"Qarabağ düyünü" kitabının müəllifi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB