Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Milli QHT Forumu Gürcüstanda keçirilən Şərq İqlimi Forumunda (CEF-Climate Forum East) Azərbaycanı təmsil edir. MQF-dan SİA-ya verilən məlumata görə, forumun məqsədi Şərqdə iqlim dəyişkənliyi və ətraf mühitə təsirin və risklərin azaldılması barədə təkliflər formalaşdırmaq, ekspertlər və milli cəmiyyətlərin işçiləri arasında təcrübə mübadiləsi aparmaq, iqlim dəyişikliyi mövzusunda hesabatın azaldılmasında vacib və həssas tərəfləri tam olaraq göstərməkdir.
Tədbirdə Az QAC-ın baş katibin müavini, layihənin koordinatoru Ceyhun Mirzəyev, QAC-in "Təhlükəsiz və möhkəm icmaların qurulması" layihəsinin proqram meneceri Fərid Seyidzadə, Milli QHT Forumunun icraçı direktoru Günel İbrahim, Ekoloji Maarifçilik və monitorinq İB sədri Qəmzə Yusubova, Ekoloji Sabitlik İB sədri Şamil İsmayılov iştirak edirlər. Qeyd edək ki, layihə Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramına daxil olan bütün ölkələrdə eyni formatda əsasən Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin koordinasiyası və yerli QHT-nın tərəfdaşlığı ilə reallaşdırılır.
Qeyd edək ki, layihənin donoru Avropa İttifaqı və Avstriya İnkişaf Agentliyidir. Avstriya Qızıl Xaç Cəmiyyəti layihəyəyə texniki və maddi dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB