Ağdamda gənc seçicilər maarifləndirilir. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, bir neçə gün davam edəcək tədbirdə, köçkün rayondan olan ilk dəfə səs verən gənclərə səsvermə hüququ, seçki prosesində qeydiyyat qaydaları izah edilib.
Ağdamın Quzanlı qəsəbəsində gənc seçicilərin maarifləndirilməsi və aktivliyinin yüksəldilməsi mövzusunda tədbir keçirilir. Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən toplantıda gənclərə səsvermə hüququ, seçki prosesində qeydiyyata alınma və barmaqların rənglənməsi kimi prosedur qaydaları izah edilib.
Qeyd edək ki, tədbir çərçivəsində Ağdam rayonu ərazisində ilk dəfə səsvermə hüququ olan 500 gəncin maarifləndirilməsi nəzərdə tutulub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB