Prezident Administrasiyası (PA) hakimiyyətin 2013-cü ilin prezident seçkisi ilə bağlı xüsusi plan hazırladığını təkzib edib. İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 8-də "Media forum" saytına deyib ki, hakimiyyətin seçki ilə bağlı heç bir məxfi və xüsusi planı yoxdur: "Bununla bağlı deyilənlərin hamısı uydurma və təxribatdır. Açıq formada deyirəm ki, bunların hamısı "Azadlıq" qəzetinin fantaziyasından, prezident seçkisini ləkələmək, indidən seçkiyə qeyri-demokratik damğası vuraraq ona qara yaxmaqdan başqa bir şey deyil".
Ə.Həsənov qeyd edib ki, prezident seçkisi ilə bağlı hələlik heç bir plan mövcud deyil. Biz hələlik hər hansı plan elan etməmişik. Mərkəzi Seçki Komissiyası prezident seçkisi haqda müvafiq qərar verməyib. Ona görə də iqtidarın seçki ilə bağlı fəaliyyəti mövcud deyil. Yeganə fəaliyyət hakim Yeni Azərbaycan Partiyasının öz namizədini irəli sürməsi, bununla bağlı qərarın qəbul edilməsidir".
PA rəsmisi bildirib ki, hakimiyyətin gələcəkdə seçki planı mütləq olacaq və həyata keçiriləcək: "Bizim seçki proqramı və planı qanunlar əsasında, demokratik seçkilərin normaları çərçivəsində və Avropa Şurasının, ATƏT-in müəyyənləşdirdiyi standartlar əsasında həyata keçiriləcək".
"Azadlıq" qəzeti iyulun 7-də "2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkisinə hazırlıqla bağlı məntəqələrə təhkim olunmuş məsul şəxslər üçün seçki ərazisinin vəziyyətinin öyrənilməsi üzrə yaddaş" adlı sənəddən çıxarışlar yayıb. Qəzet bildirir ki, sənəd Prezident Administrasiyasının direktivləri əsasında yerli icra hakimiyyətlərində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB